No Image
No Image

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
Azərbaycanda mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 17-21, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ

Milli Onkoloji Mərkəzin tanınmış həkimi, ginekoloq onkoloq Sevil Məmmədova vəfat edib. Sfera.az xəbər verir ki, Sevil Məmmədova Milli Onkologiya Mərkəzind...

Smartfonlar yuxuya təsir edə bilər

Həkim-somnoloq Maksim Novikov smartfonların yuxuya təsiri barədə danışıb.   Onun sözlərinə görə, yatmadan bir-iki saat əvvəl cihazdan istifadə etmək məs...

Türkiyədə yoluxanların sayı artdı

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb. Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün 278 nəfər koronavirusun qurban...

“Zəfər” musiqi müsabiqəsinin qalibləri bəlli oldu - FOTOLAR

"İslahatçı Gənclər” İctimai Birliyi və Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyev...

Azərbaycanda bütün ailələrdə bu 3 ƏŞYA VAR

Azərbaycanda uzun müddət istifadə edilən 3 əşyaya bütün evlərdə rast gəlmək olar. Bunlar televizor, mobil telefon və soyuducudur.   Sfera.az rəsmi məlum...

Uşaqlar üçün YENİ TƏHLÜKƏ - Mütəxəssislərdən mühüm XƏBƏRDARLIQ

Pandemiya səbəbilə uşaqların rəqəmsal ekranlar qarşısında keçirdiyi orta vaxt artıb. Mütəxəssislər bunun göz quruluğu, rəqəmsal göz yorğunluğu, baş ağrısı ...