No Image
No Image

Arvadından ayrılan kişi sevdiyi qadını həyətinə apararaq boğazını kəsdi - Bakıda qətl

Arvadından ayrılan kişi sevdiyi qadını həyətinə apararaq boğazını kəsdi - Bakıda qətl
Bakıda kişi qeyri-rəsmi yaşadığı qadını bıçaqlayaraq qətlə yetirib.

Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, ağır cinayət ötən gecə Sabunçu rayonunda baş verib.

Məlumata görə, qəsəbə sakini Ramil Rəhmanov qısqanclıq zəminində Svetlana Məmmədova ilə aralarında yaranmış mübahisəni həll etmək üçün onu Zabrat qəsəbəsində özünə məxsus evin həyətinə gətirib.

Tərəflər arasında mübahisə həmin ünvanda daha da qızışıb və Ramil Rəhmanov Svetlana Məmmədovanı bıçaqlayıb.

Hadisə şahidi olan qonşular dərhal polisə xəbər veriblər. Prokurorluq və polis əməkdaşları əraziyə baxış keçiriblər.

Qonşuların sözlərinə görə, Ramil Rəhmanov bir neçə il əvvəl həyat yoldaşından ayrılıb, daha sonra adı çəkilən qadınla münasibət qurub.

Qətli törətməkdə şübhəli bilinən Ramil Rəhmanov hadisədən sonra könüllü şəkildə ərazi üzrə 15-ci polis bölməsinə gedərək təslim olub.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. Hadisənin dəqiq təfərrüatları araşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı qanuni oğru vəfat etdi

Azərbaycanlı qanuni oğru, kriminal aləmdə Sedoy kimi tanınan Ağayar Ağayev Rusiyanın Yekaterinburq şəhərində vəfat edib. Sfera.az xəbər verir ki, bu barəd...

Azərbaycanlı kriminal avtoritetin ölüm səbəbi bəlli olub

Kriminal aləmdə "Sedoy" kimi tanınan "qanuni oğru” Ağayar Ağayarovun ölüm səbəbi bəlli olub. Sfera.az xəbər verir ki, 55 yaşlı Ağayar Ağayev 13 ildir serr...

Azərbaycanın məşhur Xalq artisti məhkəməyə verildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Azərbaycanın məşhur kino aktrisası Leyla Şıxlinskayan...

Azərbaycanda "patı"nın qiyməti təxminən 10 manatdan başlayır

"Narkotik istifadəçisinin iradəsi yoxdursa müalicənin effekti olmur”. Sfera.az xəbər verir ki, bunu Bakının baş toksikoloqu İsmayıl Əfəndiyev deyib. ...

“TikTok”da narkotiki təbliğ edən beş oğlan və bir qız saxlanıldı - VİDEO

"TikTok”da narkotik vasitələri təbliğ edən musiqili videolar yayan daha 6 nəfər saxlanılıb. DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Baş ...

Casusluqda ittiham olunan ermənilərə hökm oxunub - YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclas...