No Image
No Image

Azərbaycanda adambaşına 1674 manat borc düşür

Azərbaycanda adambaşına 1674 manat borc düşür
2021-ci ilin əvvəlinə olan rəsmi məlumata əsasən, dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16 milyard 939 milyon manat olub. Bir il əvvəlki göstərici ilə müqayisədə dövlətin borcu 68,5 milyon manat artıb.
 
Dövlətin ümumi borcunun artması daxili borclanmanın hesabına baş verib. Bir il ərzində xarici borclar 458,2 milyon manat azalsa da, daxili borclar 526,7 milyon manat artıb. Ötən il xarici borcların bir hissəsi məhz daxildən cəlb edilən 100 milyon dollar dəyərindəki borcla ödənilib.
 
Sfera.az bildirir ki, Azərbaycan dövlətinin adambaşına düşən ümumi borcu 1674 manatdır. Bir il əvvəl də adambaşına düşən borcumuz təxminən bu qədər olub.
Dövlətin borcunun daha çox hissəsi xarici borclardan ibarətdir. İlin əvvəlinə olan məlumata əsasən xarici dövlət borcu 15 milyard manat, daxili dövlət borcu 1,942 milyard manatdır.
 
Qeyd edək ki, borc məbləğlərinə alınıb istifadə edilən vəsaitlər daxildir. Kredit sazişləri üzrə alınması nəzərdə tutulan vəsaitlər isə hələ borc kimi nəzərə alınmır. Bu vəsaitlər də nəzərə alınarsa, Azərbaycan dövlətinin xarici borcu 21,212 milyard manat, adambaşına düşən xarici borc 2096 manat, ümumi borcu 23,154 milyard manat, onun adambaşına düşən hissəsi 2300 manatdır.
 
Dövlət borcu büdcə vəsaitləri və Təminat Fondunun vəsaitləri hesabına qaytarılır. Borcun məbləği böyük olduğundan onun qaytarılması ilə bağlı xərclər də böyükdür. 2020-ci ildə dövlət borcunun qaytarılması üçün 1,957 milyard manat xərclənib. Qaytarılan borcun 1,726 milyard manatı dövlət büdcəsinin vəsaiti hesabına, 231 milyon manatı Təminat Fondunun vəsaiti hesabına ödənilib.
 
Vasif
Sfera.az

 
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Unibank müştəriləri üçün yeni bir xidmət təqdim edir

Leobank –bütün bank xidmətlərini və məhsullarını özündə birləşdirən "Unibank”ın bir mobil bankçılıq xidmətidir. İnnovativliyi və çoxfunksionallığı ilə seçilən b...

Azərbaycan nefti bahalaşmaqda davam edir

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,22 ABŞ dolları, yaxud 0,3% artıb. Sfera.az xəbər ...

Yelo Bank-dan 10 milyondan artıq mənfəət

Yelo Bank 2021-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqladı. Ötən rüb olduğu kimi, bu rüb də Bankın əsas maliyyə göstəriciləri üzrə pozitiv dinamika m...

Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlıq edəcək - VİDEO

Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlıq edəcək. Müvafiq müqavilə "Azərkontrakt” və "Qazprom” qrupu arasında imzalanıb. "A...

Azər Türk Bank ikinci rübü mənfəətlə başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 iyul 2021-ci il tarixinə aktivləri 335,4 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 174,5 milyon man...

Unibank birinci yarımili mənfəətlə başa vurub

"Unibank” KB ASC 2021-ci ilin 1-ci yarımilinin maliyyə nəticələrini açıqlayıb. Bank hesabat dövrünü əksər sahələrdə müsbət göstəricilərlə başa vurub. Bu ilin ...