No Image
No Image

Braziliyada şəhid jurnalistlərlə bağlı bəyanat yayıldı

Braziliyada şəhid jurnalistlərlə bağlı bəyanat yayıldı
Braziliyanın Federal Ştatı və Ətraf Bölgələrin İcma Rabitə Vasitələri və Elektron Mediaları Birliyinin (ASVECOM) Prezidenti Evaldo Brito azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun həlak olması ilə bağlı bəyanat yayıb.

Sfera.az-ın məlumatına görə, bəyanatda deyilir:

"Federal Ştat və Ətraf Bölgələrin İcma Rabitə Vasitələri və Elektron Kütlələri Birliyi - ASVECOM, beynəlxalq qanunvericilik və o cümlədən 1949-cu ildən Cenevrə konvensiyasını kobud şəkildə pozan, 4 iyun 2021-ci Azərbaycan ərazilərinin Kəlbəcər bölgəsindəki Susuzluq yolunda, qonşu ölkə - Ermənistan tərəfindən qurulmuş tank əleyhinə minanın partlayışının qurbanları jurnalistlər Sirac Abışov - Azərbaycan televiziya operatoru və Azərbaycan Dövlət Xəbər Agentliyinin müxbiri Məhərrəm İbrahimova qarşı törədilən zorakılığı açıq şəkildə qınayır.

Bu peşəkarların ölümü mətbuat və söz azadlığına açıq bir hücumdur.

ASVECOM, onların ailə üzvlərinə, dostlarına, iş yoldaşlarına və bütün Azərbaycan xalqına bu ağrılı, həyəcanlı və kədərli anda dərin hüznünü bildirir və rəğbət bəsləyir.

Jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun ölümü vəziyyətin ciddiliyini vurğulayır və təcili tədbirlər tələb edir. Beynəlxalq mətbuat peşəkarlarını təmsil edən qurumlar yalnız Azərbaycan Respublikasında yox, bütün dünyada məlumat və əlaqələndirmə işlərini sual altina qoyan, qorxu yeridən bütün bu kimi zorakılığın sona gətirilməsinə öz töhfələrini verməlidirlər.

Federal Ştat və Ətraf Bölgələrin İcma Rabitə Vasitələri və Elektron Kütlələri Birliyi - ASVECOM, Ermənistan hökumətindən beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsini, tank əleyhinə minaların çıxarılması və ya bu əşyaların yerləşdiyi xəritələrin təqdim etməklə onların ləğv edilməsini xahiş edir və bununla da, mətbuat işçiləri daxil olmaqla, mülki əhalinin öz vacib funksiyalarını həyata keçirmələrində həyatlarına yarana biləcək risklərə son qoyulsun".

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakı və İrəvan arasındakı danışıqlara ümidvarıq - Zaxarova

Həm Azərbaycanla, həm də Ermənistanla yaxın münasibətləri olan Rusiya bu ölkələr arasındakı sərhədə, habelə sülhməramlı qüvvələrimizin yerləşdiyi Qarabağda olan...

Putin iclas keçirdi, sərhəddəki gərginlik müzakirə olundu

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin...

"Bu məsələdə mənə güvənməyin" – Makrondan nüvə açıqlaması

Fransa prezidenti Emmanuel Makron ölkəsinin 30 il ərzində 100 mindən çox insana təsir edən 193 nüvə sınağına görə Polineziyaya borclu olduğunu bildirsə də, buna...

Meymunlar şəhər mərkəzini ələ keçirib binalara hücum etdilər - FOTO

COVID-19 məhdudiyyətləri səbəbilə komendant saatı tətbiq olunan Taylandda yaşayış məntəqələri meymunlar tərəfindən hücuma məruz qalıb.    Sfera.az x...

Ukraynada təyyarə evin üstünə düşdü, 4 nəfər öldü

Ukraynanın İvano-Frankovsk vilayətində yüngül mühərrikli idman təyyarəsinin yaşayış evinin üstünə düşməsi nəticəsində 4 nəfər ölüb. Sfera.az "RİA Novosti”...

Zelenski Putinə vədini yerinə yetirdi

Ukrayna Prezidenti Vladimir Zelenski vədinə əməl edərək, rusiyalı həmkarı Vladimir Putinin ruslarla ukraynalıların vəhdətinə dair məqaləsinə cavabını yayımlayıb...