No Image
No Image

Bu şəhərdə tualetdən istifadə etmək qadağandır - FOTOLAR

Bu şəhərdə tualetdən istifadə etmək qadağandır - FOTOLAR
Əsasən dindarların yaşadığı Tibetin Sertar şəhərində eşidənləri təəccübləndirən qaydalar mövcuddur.
 
Sfera.az xəbər verir ki, Çinin şərqində yerləşən və əhalisinin 90%-dən çoxunun dindar olduğu bu şəhərdə sakinlərin tualetdən və texnoloji cihazlardan istifadə etmələri qadağandır. 

Buraya səfər edənlər tərəfindən qeyri-adi şəhər olaraq xarakterizə edilən Sertar Çinin ortasında yerləşən Siçuan bölgəsindədir. Tibet Muxtar Vilayətində yerləşən bu tarixi şəhər öz ənənələri və qaydalarına sadiq olan məkan kimi tanınır.

Təpənin yamacında yerləşən təknəfərlik evlərdən ibarət olan şəhər görünüşü ilə qonaqları valeh edir. Son məlumatlara görə şəhərdə təxminən 60 min nəfər əhali yaşayır.

Sertarda yerləşən monastır buddizm dini baxımından çox əhəmiyyətli bir mövqeyə sahibdir. Şəhər buddistlər üçün xüsusi əhəmiyyət daşıyır.
40 min rahib və rahibənin təhsil aldığı monastır Sertarı tələbə şəhərinə çevirib. Lakin bu vəziyyət təsəvvür olunan qədər şəhərə canlılıq və rəngarənglik qatmır. Burada tələbə şəhəri dedikdə düşünülənlərin əksinə, ciddi qaydalar tətbiq olunur.

Buddizm təhsili alan rahib və rahibələr üçün çox sayda qadağalar var. Belə ki, təhsil almaq üçün buraya gələn gənclərin televiziya və buna bənzər texnoloji cihazlardan istifadəsi qəti qadağandır.

Qadağalar texnoloji cihazlarla məhdudlaşmır. Şəhərdə tələbələrin tualetdən istifadə etməsi də qadağan edilib. Onlar vaxtlarını bütünlüklə ibadət və dua etməklə keçirirlər, digər fəaliyyətlərdə iştiraka isə icazə verilmir.

Əzizə
Sfera.az 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Lotu Hikmətin toyunda iştirak etmiş o məşhur kimdir? - O vaxt heç kim tanımırdı - FOTO

Azərbaycanın ilk qanuni oğrularından olan Lotu Hikmətin 1995-ci ildə baş tutan toy mərasimi vaxtilə Azərbaycanın ən məşhur sənət nümayəndələrinin çıxışı ilə yad...

Azərbaycanda Messinin adından toylara pul yazdıran kimdir? - FOTOLAR

Azərbaycanda toylara futbol üzrə Argentina milli yığmasının və "Barselona"nın kapitanı, ulduz futbolçu Leonel Messinin də adından nəmər salınır.   Bu ənə...

Bu şəhərdə tualetdən istifadə etmək qadağandır - FOTOLAR

Əsasən dindarların yaşadığı Tibetin Sertar şəhərində eşidənləri təəccübləndirən qaydalar mövcuddur.   Sfera.az xəbər verir ki, Çinin şərqində yerləşən və...

Sahil Babayev hansı xəstəliyə yoluxub? – İlginc foto yayıldı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdə xəstəlik aşkarlanıb. Sfera.az xəbər verir ki, nazirin üz dərisində ləkələr meydana gəlib. Bu səbə...

Erməni aktyorun Mehriban Əliyevanın paylaşımına yazdığı şərh Ermənistanı qarışdırdı - FOTO

Erməni aktyor Hovhannes Azoyanın Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın "Facebook" səhifəsindəki paylaşımına yazdığı şərh Ermənistanı qarışdı...

Ağalarovun partisinə kimlər gəldi? - FOTOLAR

Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" beynəlxalq musiqi festivalı ilə bağlı parti baş tutub. Moskvada keçirilən "Жара Music Awa...