No Image
No Image

Elnur Aslanov Azad Rəhimovla bağlı ürək sözlərini paylaşdı

Elnur Aslanov Azad Rəhimovla bağlı ürək sözlərini paylaşdı
"Son günlərdə sosial şəbəkələrdə demək olar ki, hər kəs Azad Rəhimovla bağlı xoş xatirələrini bölüşür. Lakin çox təəssüf ki, Azad müəllim artıq aramızda deyil. Ən gözəl xatirələri təklikdə bölüşmək necə də əzablıdır". 

Sfera.az-ın Qaynarinfo-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Prezident Adminstrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov bildirib. Gənclər və İdman naziri Azad Rəhimovun vaxtsız vəfatı ilə ilə bağlı üzüntülərini paylaşan Elnur Aslanov deyib:

"Belə bir deyim var, yaxşı dostlar sağlamlıq kimdir, ancaq itirildiyi zaman fərqinə varır insan. Bizlər də ancaq Azad müəllimi itirdiyimizdə necə bir insanı itridiyimizin fərqinə vara bilmişik.

Xoşbəxtəm ki, mənim Azad müəllimlə 15 illik işgüzar və səmimi dostluğum olub. Bu illər ərzində həm yaxşı dost, həm fədakar bir insan tanımışam. Ancaq heç vaxt bunun sadəcə mənə bəxş olunan bir lütf olduğunu düşünməmişəm. Çünki Azad müəllim ətrafındakı hər kəsə, bəlkə də üzünü görmədiyi minlərlə Azərbaycan gəncinə münasibətdə məhz bu cür, qayğıkeş, səmimi və gülərüz idi. 

Azad müəllimlə bir çox layihələrdə, səfərlərdə və gənclər təşkilatlarının formalaşmasında birgə iştirak etməyim bu dəyərli insanı daha yaxından tanımağa, onunla mehriban dost olmağa imkan vermişdi. O, təkcə pozitiv ruhu və sadəliyi ilə yox, həm də xarakteri və düşüncə tərzi ilə hər kəslə dil tapmağı bacaran, öz vəzifəsinin öhdəsindən layiqincə gələn şəxsiyyət idi.
Yaxşı dost həm də öz əməli, davranışı ilə bizə nələrisə öyrədən, örnək olmağı bacarandır deyirlər. Hər zaman başqalarının köməyinə çatan, gənclə gənc, böyüklə böyük olmağı bacaran Azad müəllim bu mənada əsl dostluq nümunəsi idi. Öz həyat təcrübəsini işində göstərməklə, gənclərin problemlərinə, onların istər sosial, istərsə də peşəkar layihə və təşəbbüslərinin həyata keçirilməsinə kömək etməklə onu tanıyan hər kəs üçün nümunə olmağı bacarmışdı. 

Uzun illər gənclər və idman sahəsini öz çiyinlərində daşımağı bacaran Azad müəllim, gənclərlə və hətta deyərdim hər bir şəxslə münasibətdə vəzifə və mövqe fərqini aradan qaldıran, təvazökar və qayğıkeş bir insan idi. Məhz bu keyfiyyətləri ilə Azad Rəhimov Azərbaycanın gənclər və idman sahəsində uğurlarının əsas səbəbkarlarından biri idi. Məkanı Cənnət olması diləyi ilə. 

Allah Sizə rəhmət eləsin, cənab Nazir, əziz Dost!"
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident və xanımı Tatarıstan Prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Tatarıstan Prezidenti Rüstəm Nurqaliyeviçə başsağlığı verib. Sfera.az-ın məlumatına gör...

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə Kazanda baş vermiş hadisə ilə əlaqədar başsağlığı verib. Sfera.az ...

Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı açıqlandı - FOTO

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov il...

Cavanşir Feyziyev AŞPA-nın deputatına məktub YAZDI

Ermənistan rəhbərliyi və diasporu Azərbaycana qarşı böhtan kampaniyalarını daha da gücləndirməkdə israrlı görünürlər. "Hərbi əsirlər” kimi qələmə verdikləri ter...

Lavrovdan minalanmış ərazilərin xəritələri ilə bağlı açıqlama - "Tezliklə..."

"Biz bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq”. ...

Bayramov Lavrovla görüşdə üçtərəfli bəyanatdan danışdı

"Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır və onları yerinə yetirir”. Sfera.az-ın  məlumatına görə, bunu Azərba...