Goranboyda sürücü törətdiyi qəzada öldü

Goranboyda sürücü törətdiyi qəzada öldü
Goranboy rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
 
(Report)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR