No Image
No Image

Hansı ölkələrin “Zəngəzur dəhlizi”ndə iqtisadi maraqları var?

Hansı ölkələrin “Zəngəzur dəhlizi”ndə iqtisadi maraqları var?
""Zəngəzur dəhlizi” təkcə Naxçıvanla Azərbaycanın qalan bölgələri arasında nəqliyyat imkanlarının açılması deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsidir”. 

Sfera.az bildirir ki, bu açıqlamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTLM) icraçı direktoru Vüsal Qasımlı verib. V.Qasımlı hesab edir ki, bu yaxınlarda Suveyiş kanalında baş verən hadisə Çin və Avropa arasında quru nəqliyyatının əhəmiyyətini artırıb:
 
"Çindən Avropaya və əks istiqamətdə gedən nəqliyyat vasitələrinin sayı artır. Üstəlik, Avrasiyada şimal quru yolu üzrə Polşa-Belarus sərhədində yaranan texniki və idarəetmə məhdudiyyətləri var. Azərbaycanın irəli sürdüyü "Zəngəzur dəhlizi” bu baxımdan Şərq-Qərb üzrə gündəlik milyardlarla dollar daşıma həyata keçirən kommersiya qurumlarına və onların maraqlarını müdafiə edən başda Çin və Avropa olmaqla dövlətlərə sərfəlidir. İllik ticarət dövriyyəsi 2019-cu ildə 560 milyard avroya (672 milyard dollar) çatan Avropa İttifaqı və Çin "Zəngəzur dəhlizi” kimi alternativ marşrutlarda maraqlıdır. Eyni zamanda ticarət dövriyyəsi 6 milyard dollara çatan Türkiyə və Mərkəzi Asiya, həmçinin 21 milyard dollarlıq ticarət dövriyyəsinə sahib olan Çin və Türkiyənin perspektiv iqtisadi əlaqələri üçün "Zəngəzur dəhlizi” əhəmiyyətlidir. Hətta "Zəngəzur dəhlizi” Türkiyə-Rusiya iqtisadi əlaqlərinin də güclənməsinə imkanlar aça bilər”.

V.Qasımlı söyləyib ki, Bakı dəniz limanını "yaşıl liman” olaraq qəbul edən Avropanın "Zəngəzur dəhlizi”ndə iqtisadi maraqları var: 

"2020-ci ildə "EU-China Express” yük qatarlarının daşıması əvvəlki illə müqayisədə 65 % artıb. Bakı Limanında son 5 ilin göstəriciləri ilə müqayisədə TIR-ın aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında aşırılan yüklərin həcmində isə 3,5 dəfə artım qeydə alınıb”.

İİTLM-nin rəhbəri bildirib ki, "Zəngəzur dəhlizi” iqtisadi cəhətdən Rusiya, İran və Ermənistan üçün də əlverişlidir: 

"Ermənistanın 1570 kilometrlik dövlət sərhədinin 2/3-i Azərbaycanladır, yerdə qalan 1/3 uzunluqda sərhədin də yarısından çoxu Azərbaycanın müttəfiqi Türkiyə ilədir. Ermənistanın qonşulara ərazi iddiası səbəbindən sərhədlərinin 83,2 faizi qapalıdır. Ermənistanın sanksiyalara məruz qalmış İranla 44 kilometrlik sərhədi məhdud ötürücülük imkanlarına malikdir, Gürcüstan üzərindən əsas ticarət tərəfdaşı Rusiyaya yeganə çıxış yolu sayılan "Yuxarı Lars” keçid məntəqəsinin mövsümi amillər də nəzərə alınmaqla potensialı aşağıdır. Buna görə də Sinqapur möcüzəsinin atası sayılan Li Kuan Yunun dediyi kimi "qonşularla döyüşmək yox, ticarət etmək lazımdır”. Zəngəzur yolunun açılması ilə Ermənistan dalana dirənən iqtisadiyyatı üçün müəyyən perspektivlər aça bilər. Ermənistanın "Zəngəzur dəhlizi” üzrə müqaviməti Azərbaycanın yaratdığı yeni geo-iqtisadi reallıqda mənasızdır.”  

Vasif 
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır? - QİYMƏTLƏR

İyulun 1-dən Azərbaycanda karantin tədbirləri çərçivəsində toyların keçirilməsinə icazə verilib. Maraqlıdır ki, ölkəmizdə toy etmək üçün nə qədər vəsait lazımdı...

Bu il kənd təsərrüfatı mallarının ixracında rekord qeydə alınacaq

2021-ci ildə kənd təsərrüfatı məhsullarının ixracında yeni rekord göstərici qeydə alına bilər. İlin ilk yarısının məlumatları göstərir ki, ilin yekununda aqra...

Avtomobil ehtiyat hissələrinə çəkilən xərc 4 dəfə artıb – SƏBƏB

2016-2020-ci illər ərzində Azərbaycanda avtomobil ehtiyat hissələrinə çəkilən xərc 4 dəfədən çox artaraq 400 milyon manatı ötüb.  Rəsmi məlumatlara ə...

Azərbaycanda əhali ən çox hansı spirtli içkini içir? – İldə yarım milyarda yaxın pul xərclənir...

Azərbaycan əhalisi son 5 ildə spirtli içkilərə xərclədiyi pulu 39 faizdən çox artırıb.    2016-cı ildə 311 milyon manatlıq spirtli içki alan əhali ö...

Prezident Mərkəzi Banka yeni səlahiyyət verdi

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, sənədə əsasən, bank və ya bank olmayan kredit təşkilatı ...

“OPEC+” problemi və yeni virus ştamı neft bazarında narahatçılığı artırır - ŞƏRH

"OPEC+” razılaşmasının əldə edilməməsinin ardından yeni COVİD-19 ştamının yayılması neft bazarlarında narahatçılığı bir qədər də artırıb.   Sfera.a...