No Image
No Image

"Hər kəs qadınların bir gecədə çadır və işıq qura biləcəyinə inanmırdı" - Mədinə Quliyeva

She’s Next Empowered by Visa-nın qlobal təşəbbüsü NARGIS jurnalının dəstəyilə indi Azərbaycanda! Layihənin əsas məqsədi sahibkar qadınları, kiçik biznes sahibi olan xanımları, eləcə də şəxsi biznesini qurmaq istəyənlərə dəstəkləməkdir.


Uzun əsrlər boyu qadınlar Azərbaycanın siyasi və mədəni həyatında fəal iştirak ediblər. Azərbaycan Müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk ölkədir. Qafqazda ilk qadın pilot, Türkiyə tarixində ilk qadın vəkil məhz bizim ölkəmizdə dünyaya gəlib. Bu gün isə gender stereotiplərinə baxmayaraq, sahibkarlıq sahəsində geniş imkanları cəsarətlə reallaşdıran xanım soydaşlarımız bizi motivasiya edirlər.


She's Next Empowered by Visa-nın təşəbbüsü çərçivəsində Azərbaycandan olan məşhur qadınlar uğur tarixçələrini paylaşır, şəxsi bizneslərini qurarkən qarşılaşdıqları çətinliklər və onları necə dəf etdikləri barədə danışır.


İlk qəhrəmanımız Mədinə Quliyeva həmişə qəlbinin səsini dinləyib. Pandemiya belə onu istəyindən vaz keçməyə məcbur edə bilməyib. 2020-ci ildə o, özünün Cozy by Madi şourumunuaçıb. Məidinənin sözlərinə görə, sözügedən şourum insanlara rahatlıq və harmoniya tapmaqda kömək edir.


 


- Nə vaxt və hansı səbəbdən öz biznesinizi açmağa qərar verdiniz?

 

- Başlanğıcda belə bir məqsədim yox idi, sadəcə masaları servis etməyi və otaqları bəzəməyi çox sevirdim. Dostlarım tez-tez mənə deyirdilər ki, qonaq qəbul edərkən çəkdiyim fotoları paylaşaraq ətrafdakı insanları da rahatlıq yaratmağa həvəsləndirmək üçün şəxsi Instagram səhifəsi açmağın vaxtı gəlib.Table serving üçün kifayət qədər inventarım var idi: atam mənə böyük antik qab-qacaq və aksesuar kolleksiyası bağışlamışdı. Fotoşəkilləri paylaşmağa başladım və çoxlu sayda xoş rəylər aldım. İnsanlar öz evlərində də eyni dekoru görmək istədiklərini yazırdı. Bu məni özüm və yaxınlarım üçün rahatlıq yaratmaqla yanaşı, əvəzsiz təcrübəmi insanlarla paylaşmağa həvəsləndirdi. Səhifəmi açandan iki ay sonra izləyicilərimdən biri məndən ev üçün toy dekoru hazırlamağı xahiş etdi. Bundan bir az sonra isə Cartier-dən böyük bir sifariş aldım və düşündüm ki, əgər sifarişin öhdəsindən gələ bilsək, table serving və dekor xidmətləri təqdim edən kiçik bir şirkət aça bilərik. Belə də etdik. 2020-ci ildə Cozy by Madi rəsmi fəaliyyətə başladı.


-Yolun əvvəlində sizə ilham verən nə idi, bəs indi sizi işləməyə həvəsləndirən nədi?


Cozy by Madi- dekor sahəsində təcrübə mübadiləsi etmək üçün çox gözəl bir vasitədir, ağ kətandır. Mən və komandam durmadan həmin kətan üzərində yeni əsərlər yaradırıq. Bu, xəyallarımızın gerçəkləşməsidir. Məqsədim insanlara harmoniyaya qovuşmaqda kömək etməkdir. Ətrafımdakı hər kəsə gözəllik bəxş etməyi, insanları xoşbəxt edən nəsnələri yaratmağı sevirəm. İnsan təriflənməyəndə müəyyən bir vaxtdan sonra yorulmağa başlayır. Amma ətrafdakılar ona dəstək verib həvəsləndirdiyi zaman yaşayıb-yaratmaq eşqi daha da alovlanır. İnsanları təəccübləndirmək istəyəndə fərqli nələrsə etməyə başlayırsan. Mənim ilham mənbəyim hər zaman siz olmusuz, bundan sonra da siz olacaqsınız!


-İlk vaxtlarda hansı çətinliklərlə üzləşdiniz?


- Mən sevdiyim dövlət işində çalışırdım və bir anda seçim qarşısında qaldım, çünki iki fəaliyyət sahəsini bir araya gətirmək fiziki cəhətdən mümkünsüz oldu. Axı eyni zamanda bir neçə yerdə olmaq mümkün deyil. İşdən çıxmaq asan deyildi, amma müştərilərdən müsbət rəylər almağa başlayanda sakitləşdim. Bir də ki, dövlət işini hər an itirə bilərsiniz, amma öz əllərinizlə gördüyünüz iş sizi heç vaxt qazancsız qoymaz. Qısa müddətdə 90% -i qızlardan ibarət bir komanda yaratdıq. Bəzən bizi ciddi qəbul etmirdilər. Heç də hər kəs qadınların bir gecədə çadır və işıq qura biləcəyinə inanmırdı. Misalçün, Meysəri kəndində bir layihə vardı, bizi son anda həmin layihəyə dəvət etdilər. Axşam saat doqquzda böyük bir məkanı bəzəmək üçün kəndə gəldik, ertəsi gün günortaya qədər bütün işlər hazır olmalı idı.Bu bizimçün bir sınaq idi.Əvvəllər bizdən soruşurdular: "Bunu həqiqətən edə biləcəksiniz?" Amma tədricən etimad qazanmağı bacardıq, peşəkarlığımızı və biznesdə gender fərqinin olmadığını sübut etdik. Koronavirus pandemiyası səbəbindən şourumumuzun rəsmi açılışını və Cozy by Madi-nin təqdimatını keçirə bilmədik, amma ayaqda qalmağı bacardıq. İndi də ruhdan düşmədən yeni layihələr və ideyalarla irəliləyirik.


- Komandanızı necə yığmısınız?


-Bəzi qızları biznes qurmaq qərarına gəlməzdən əvvəl də tanıyırdım. Bir-birimizlə çox gözəl anlaşırdıq. Baş dekoratorla bəxtim daha çox gətirdi: o, Rəssamlıq Akademiyasını bitirən qardaşım qızıdır. Komandanı genişləndirmək vaxtı çatanda tanışlarım və internet elanları vasitəsilə yaradıcı insanlar axtarmağa başladım. Əslində müraciətlər çox idi, amma təəssüf ki, vakant yerlər az idi və komandaya yalnız bir neçə nəfəri cəlb edə bildim. Onlarınhamısı gənc, amma olduqca məqsədyönlü uşaqlardır.


-Bu gününüzdən dünənə boylanaraq şəxsi biznes açmaqda yanılmadığınızı söyləyə bilərsiniz?


- Düşünürəm ki, gəlir gətirən sevimli işlə məşğul olmaq xoşbəxtlikdir. Qısa müddətdə belə böyük uğurlar qazandığımız üçün sevimli komandama minnətdaram. Onlar da mənim qədər çılğın və kreativdirlər. "We’re on the same wave!” – "Biz eyni dalğadayıq” -tez-tez təkrarladığımız ifadədir. Biz bir-birimizə hörmətlə yanaşırıq və bir-birimizi yarımsözdən anlayırıq.


- On il sonra Cozy by Madi-ni necə görürsünüz?



 

- Azərbaycan bazarında özdəst-xətti ilə seçilən, bütün üslublarla işləyərək hər zaman detallara diqqət yetirən ilk şirkət olduq. İşlərimizdə görünən və ya hiss olunan atmosferi yaradan məhz detallardır. Hər bir sahibkar kimi, on ildən sonra da bu sahədəbirincilər sırasında olmaq, yeni işlərimlə insanlara gözəllik, rahatlıq bəxş edərək, irəli getmələrinə, özlərini ifadə etmələrinə yardımçı olmaq istərdim.

 

-Şəxsi biznüsini qurmaq istəyən gənc xanımlara nə məsləhət görərdiniz?


- "Impossible is nothing”- mümkün olmayan heç nə yoxdur”.. Başlıcası özünə inamdır! Risk həmişə mövcuddur, amma sınamaq lazımdır. Axı, bütün ömrün boyu: "görədsən məndə alınardı?” sualına cavab axtarmaqdansa, arzuna çatmaqçün mümkün olan hər şeyi etdiyini bilmək daha yaxşıdır. Bir də sənədləşməni səliqə iləaparmağı məsləhət görərdim. Təəssüf ki, öz təcrübəmizdən bilirik ki, bəzən tanıyıb inandığın adamla 10 ay sonra ödəniş problemi yaşamalı olursan, halbuki vaxtında müqavilə bağlansa idi, bunların heç biri olmazdı. Öz biznesini quran gənc xanım ilk növbədə özünə vəkil tutmalıdır ki, hər şey qayda-qanunla olsun. bütün Bütün mümkün uğursuzluqlar əvvəlcədən hesablanmalıdır və yarana biləcək boşluqları doldurmağa qadir olan peşəkara müraciət olunmalıdır. Ola bilməz ki, heç nə alınmasın. Nə baş verməyəcəyini əvvəlcədən hesablamaq və bu boşluqları doldurmağa kömək edəcək bir mütəxəssislə əlaqə saxlamaq lazımdır. Heç bir şeyin nəticə verməyəcəyi ola bilməz.




- Sizcə qadının gücü nədədir?


- Komandamızda 8 xanım və bir kişi var. Ölkəmizdə dekorla bağlı vakansiyalara əsasən qadınlar maraq göstərir, halbuki şəxsən mən bu sahədə qadınla kişinin bacarıqlarında fərq görmürəm.Biz hamımız insanıq, hər birimizin qəlbi, özünə inam hissi və öz missiyası var. Başlıcası, öz məqsədini müəyyən edib ona çatmaçün inamla irəliləməkdir. Belə etsəz, uğur qazanacaqsınız.

 

Selcan

Sfera.az

Mənbə: NARGIS MAGAZINE

 

 

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Fərhad Məmmədov Olimpiya Oyunlarındakı uğursuzluğun səbəblərindən danışdı: “Püşkatma...” - MÜSAHİBƏ

Bu gün daha bir cüdoçumuz Murad Fətiyev Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. Daha əvvəl, yarışa qatılan cüdoçularımızdan Aişə...

Mahir Qurbanov Kosta-Rika mediasına müsahibə verib

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov Kosta-Rikanın tanınmış  "La Voz de Goicoechea” xəbər portalına müsahibə verib. Sfera...

"Prezidentin bu Fərmanı Ermənistan üçün məcburi xarakterli “müalicə” tədbiridir..."

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin Moderator.az-a müsahibəsini təqdim edir.   - Son vaxtlar Ermənistan  müxtəlif istiqamətlərdə atəşkəs...

“Rauf Arifoğlu ilə Pənah Hüseynin evində görüşdük, ona dedim ki...” – İqbal Ağazadə ilə MÜSAHİBƏ

"Sevinək ki, İqbal Ağazadənin həm pulu var, həm də demokratik cəmiyyət uğrunda mübarizə aparır" "Ümid" partiyasının sədri İqbal Ağazadə Sfera.az saytına...

“Rusiya tərəfdarı olanlar Azərbaycanı 200 il geriyə atıblar” - SİYASİ ANALİTİK

Cənubi Qafqazda və qonşu regionlarda geopolitik durum sabitləşmək bilmir. Müharibədə məğlub olan Ermənistan sistematik olaraq Tovuz və Kəlbəcər istiqamətində mö...

"İndiyə qədərki heç bir müttəfiqlər arasında bağlanan müqavilələrdə belə bənd olmayıb"

"Türkiyəyə qarşı vuruşmaq ehtimalı yaranarsa, ermənini kim müdafiə edir etsin, Ermənistan bu müharibədən salamat çıxa bilməz".    Sfera.az xə...