No Image
No Image

Kəlbəcərdə həlak olmuş media işçilərinə şəhid statusu veriləcək

Kəlbəcərdə həlak olmuş media işçilərinə şəhid statusu veriləcək

"Həmkarlarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AZTV-nin operatoru Sirac Abışov və Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda minaya düşərək həlak olması hamımızı sarsıtdı. Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır".

Sfera.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov bildirib.

O qeyd edib ki, erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də qanunvericiliyə əsasən şəhid statusu verilir:

"Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə də şəhid statusu veriləcək.

Hər üç şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik!"

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Türkiyə və Azərbaycan ortaq Türk ordusunun yaradılmasını müzakirə edir”

"Türkiyə və Azərbaycan birgə türk ordusunun yaradılması ilə bağlı danışıqlar aparır”. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyə...

Azərbaycan XİN-dən Ermənistanla sərhəddəki durumla bağlı BƏYANAT

"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, 28 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ...

Kəlbəcər yenidən atəşə tutuldu, 2 hərbçimiz yaralandı - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir. Müdafiə Nazirli...

Gündəlik yoluxma sayı 500-ə yaxınlaşır

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. &nb...

"Təkrar imtahan imkanı yaradılacaq" - Təhsil Nazirliyindən MİQ imtahanları ilə bağlı tənqidlərə RƏSMİ CAVAB

Təhsil Nazirliyi MİQ imtahanlarında iştirak edən namizədlərin narazılığı ilə bağlı daha bir məlumat yayıb. Sfera.az xəbər verir ki, məlumatda bildirilir k...

Peyvənd tələb olunan iş yerlərinin SİYAHISI

Xəbər verdiyimiz kimi, Operativ Qərargah yeni qərarlar qəbul edib.  Sfera.az xəbər verir ki, qərara əsasən, 2021-ci il 1 sentyabr tarixindən etiba...