No Image
No Image

Məktəblərdə "Son zəng"in keçirilməsi qaydası MƏLUM OLDU

Məktəblərdə
Azərbaycanda bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirlərinin təşkili qaydası müəyyənləşib.

Sfera.az-ın məlumatına görə, bununla bağlı Təhsil Nazirliyi tərəfindən rayon və şəhər təhsil şöbələrinə müvafiq tapşırıqlar verilib.

Belə kı, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq cari tədris ili üzrə "Son zəng" tədbirinin 14 iyun 2021-ci il tarixində aşağıda göstərilmiş qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilir:

- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməsi;

- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;

- 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.

Eyni zamanda bildirilir ki, tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Tələbə təhsil kreditləri bu güzəştlərlə veriləcək - SİYAHI

Xəbər verdiyimiz kimi, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası təsdiq edilib. Sfera.az xəbər verir k...

Qəbul imtahanlarının saatı dəyişdirildi

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. DİM-dən Sfera.az-a verilən məlumata görə, imtahanlar saat 10:00...

Repetitor xidmətləri ilə bağlı yeni tələblər açıqlandı

Azərbaycanda fərdi tədris və repetitor xidmətləri zamanı onlayn tədris prosesinə üstünlük verilməlidir. Sfera.az xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin ...

Məktəblərdə "Son zəng"in keçirilməsi qaydası MƏLUM OLDU

Azərbaycanda bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirlərinin təşkili qaydası müəyyənləşib. Sfera.az-ın məlumatına görə, bununla bağlı Təhsil N...

Emin Əmrullayev təhsillə bağlı sualları CAVABLANDIRACAQ

Aprelin 3-də təhsil naziri Emin Əmrullayev rəsmi "Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili ilə bağlı ictimaiyyəti və medianı maraqlandır...

“Şagirdlərin psixoloji sağlamlığı vacib məsələdir" - Nazir açıqladı

"Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir”. Sfera.az xəbər verir ki, bu bar...