No Image
No Image

Neftin qiyməti yüksəlməyə davam edir – “OPEC+” razılaşmasına dəyişiklik ediləcək?

Neftin qiyməti yüksəlməyə davam edir – “OPEC+” razılaşmasına dəyişiklik ediləcək?
2021-ci ilin mayın 22-dən neft qiymətlərində yüksəliş müşahidə edilir. Qeyd edilən tarixdə dəyəri 64,8 dollar olan "Brent” markalı neftin qiyməti bu gün 73 dollardan baha satılıb. 

Sfera.az bildirir ki, neftin bahalaşması neft ixrac edən ölkələri sevindirsə də, qiymətlərin daha çox yüksəlməsi "OPEC+” razılaşmasına yenidən baxılması narahatçılığını da yaradır. "OPEC+” razılaşması neft qiymətlərinin əlverişli səviyyə çatması məqsədini daşıyır. Qiymətlərin əlverişli səviyyə çatmasından sonra ixracatçı ölkələr hasilatı yenidən artıracaqlar. Hazırkı qiymət səviyyəsi əlverişli hesab olunur. Neft qiymətlərinin bundan daha yüksək olması razılaşmanın dayandırılması riskini yaradır ki, bu da neftin yenidən ucuzlaşması ehtimalını gücləndirir. 

Neftin bahalaşması davam edəcəkmi və qiymət artımı "OPEC+” razılaşmasında dəyişikliyə səbəb ola bilərmi? 

Neft bazarında mövcud olan vəziyyəti Sfera.az saytına şərh edən neft-qaz sahəsi üzrə ekspert İlham Şaban söylədi ki, son günlər "Brent” neftinin qiymətinin 70 dollar həddini ötməsi neftə olan qlobal tələbin artması ilə bağlıdır. Onun sözlərinə görə qarşıdakı aylarda tələbin bir qədər də artması ehtimalı güclüdür: 

"Neftin qiymətinin 72 dollar həddini keçməsinə pozitiv xəbərlər təsir göstərib. İlk pozitiv xəbər OPEC-dən gəldi. OPEC bildirdi ki, dünyada neftə tələbat cari ildə artacaq. Beynəlxalq Enerji Agentliyi də neftə tələbatda artımı proqnozlaşdırdı. Bu beynəlxalq təşkilatlarla bərabər ABŞ-ın Beynəlxalq Enerji İnformasiya Agentliyi ötən həftənin çərşənbə günü açıqladığı hesabatında vurğuladı ki, ABŞ-da benzinə tələbat artır, neft ehtiyatları isə azalır. ABŞ-da yay mövsümündə avtomobillə səyahətlərin intensivliyi artır və bu, benzinə tələbi yüksəldir. 

Bütün bunlara paralel olaraq Ümümdünya Səhiyyə Təşkilatı COVİD-19-a dair hesabatını açıqladı və bu hesabatda göstərdi ki, peyvəndləmə ilə bağlı müsbət nəticələr var. Beynəlxalq qurum bildirdi ki, peyvəndləmənin sürətlənməsi ölkələr arasında sərhədlərin açılmasına əsas verir. 

Sadalanan bütün amillər dünyada neftə olan tələbi artırır. Hazırda neftə olan gündəlik tələb 94,5 milyon bareldir. İlin ikinci yarısında tələb daha 2 milyon barel artaraq 96,5 milyon barelə çatacaq. Mövcud vəziyyət bazar iştirakçılarını qane edir və qiymətlər 70 dollar səviyyəsində bir müddət qalacaq”.
İ.Şaban düşünür ki, neftin 70 dollardan baha satılması "OPEC+” razılaşmasının dəyişdirilməsinə ehtiyat yaratmır: 

"Bu qiymət səviyyəsinə görə razılaşma dəyişdirilməyəcək. Onsuz da "OPEC+” razılaşmaya tam əməl etmir və bazara razılaşmadan daha çox xammal çıxarılır. May ayının nəticələrinə əsasən, "OPEC+”  razılaşmaya 94 faiz əməl edib ki, bu da öhdəlikdən 6 faiz çox hasilat deməkdir. Bu vəziyyətdə belə mayda neftin orta qiyməti 67 dollar olub. Deməli, neftə tələb güclüdür və hasilatın artırılmasına baxmayaraq neftin qiyməti azalmadı, əksinə bir qədər də yüksəldi. 

Tələbat mövsümi və iqtisadiyyatların fəallaşması hesabına baş verir. Hazırda iqtisadiyyatlarda tələbdə emosionallıq müşahidə olunur. Emosiya normallaşandan sonra qiymətlər proqnozlaşdırılan səviyyəyə qayıdacaq. Bu il neftin orta qiymətinin 61-65 dollar aralığında olacağı proqnozlaşdırılır”.

Vasif
Sfera.az




Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda əhali ən çox hansı spirtli içkini içir? – İldə yarım milyarda yaxın pul xərclənir...

Azərbaycan əhalisi son 5 ildə spirtli içkilərə xərclədiyi pulu 39 faizdən çox artırıb.    2016-cı ildə 311 milyon manatlıq spirtli içki alan əhali ö...

Duru yağlar kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR

Azərbaycanda əhali tərəfindən daha çox istifadə edilən duru yağların qiymətində son bir ildə yüksək artım müşahidə edilir. Sfera.az bildirir ki, qida məhs...

Azərbaycanda 47 min ailəyə 400 DOLLAR ÖDƏNİLƏCƏK

Dünya Bankı Azərbaycanda COVID-19 la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır. Sfera.az xəbər verir ki, "Azə...

Pandemiyada gəliri artan peşələr – İldə 100 min dollardan çox qazanc

Qlobal iqtisadi böhran müddətində qabiliyyətli insanlara çox pul qazandıran peşələr də olub. "Newsweek” tərəfindən hazırlanan bir analizdə həmin peşə növləri ha...

Kreditə tələb artır, faizlər yüksəlir

Pul-kredit bazarındakı müsbət meyillər, eləcə də dövlətin güzəştli proqramları kredit qoyuluşunun artmasına səbəb olub.   Sfera.az Mərkəzi Banka...

Neftin qiyməti yüksəlməyə davam edir – “OPEC+” razılaşmasına dəyişiklik ediləcək?

2021-ci ilin mayın 22-dən neft qiymətlərində yüksəliş müşahidə edilir. Qeyd edilən tarixdə dəyəri 64,8 dollar olan "Brent” markalı neftin qiyməti bu gün 73 d...