No Image
No Image

Rusiyanın “Şuşa bəyannaməsi”nə reaksiyası necə olacaq? - Açıqlama

Rusiyanın “Şuşa bəyannaməsi”nə reaksiyası necə olacaq? - Açıqlama
"Ərdoğanın Qarabağa səfəri və səfərin nəticəsi olan "Şuşa bəyannaməsi” Ermənistanda qorxu və vahimə yaradarkən, Moskvanın reaksiyasi hələ ki, soyuqqanlıdır. Rusiya siyasi dairələrindən bununla bağlı xüsusi açıqlama yoxdur”.

Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O bildirib ki, Türkiyə prezidentinin Şuşadan bölgə ölkələrinə "gəlin, əməkdaşlıq edək”, "Rusiya prezidenti Vladimir Putin də əməkdaşlıq üçün fədakarlığa hazırdır” çağırışları Kremldə isti mesaj kimi qəbul edilə bilərdi:

"Yəni, Ərdoğan Şuşadan demək istədi ki, Türkiyə-Azərbaycan hərbi ittifaqı Rusiyaya qarşı deyil, bu ittifaq Azərbaycan torpaqlarına göz dikənlərə qarşıdır. Buna baxmayaraq, Rusiyadakı şovinist qüvvələr Türkiyə-Azərbaycan hərbi ittifaqının gücləndirilməsini və Türkiyənin Qarabağda möhkəmlənməsini Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması, hətta Turanın qurulmasına doğru atılan ilk addım kimi qiymətləndirə bilərlər. Bu onların işidir”.
 
Politoloq qeyd edib ki, Azərbaycanın işi strateji müttəfiqlə əlaqələri daha üst səviyyəyə qaldırmaqdır: "Eyni zamanda bizim işimiz prezidentin dediyi kimi Azərbaycan ordusunu Türkiyə ordusunun kiçik modeli halına gətirmək, Qarabağda yerdə qalan separatçıları tərksilah etmək, Ermənistanla sərhəddi tam nəzarətə götürmək, azərbaycanlıların Qarabağın bütün məntəqələrinə qaydışını təmin etmək və Zəngəzur dəhlizini işə salmaqdır”.

Günay
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan - Moldova əməkdaşlığı müzakirə edildi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Moldova Respublikası Milli Sosial Sığorta Kassasının nümayəndə heyəti ilə görüşüb....

“Təxribatlar cavabsız qalmayacaq” – Azərbaycanın növbəti addımı

"Ermənistan tərəfindən həyata keçirilən bu təxribatlar heç vaxt cavabsız qalmayıb və bundan sonra da cavabsız qalmayacaq”.   Bunu Sfera.az-a açıqlamasınd...

Zakir Həsənov ABŞ generalı ilə sərhəddəki vəziyyəti müzakirə etdi

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi və həmin ştatın Milli Qvardiyasının...

Zakir Həsənovdan sərhəddəki insidentlə bağlı AÇIQLAMA

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ermənistanın sərhəddə törətdiyi təxribatlara münasibət bildiirb. Sfera.az-ın xəbərinə görə, na...

Polad Bülbüloğludan Rusiya mətbuatına Qarabağla bağlı MÜHÜM AÇIQLAMA

"Bakı İrəvanı sülh sazişi imzalayaraq sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmağa çağırır”. Sfera.az xəbər verir ki, bunu Azərbaycanın Rus...

Prezidentdən Kəlbəcər və Laçınla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sfera.az-ın...