No Image
No Image

Sarkisyan Paşinyanı hədələdi: “Sən və ailən barədə elə fakt açıqlayacam ki, cəmiyyət üzünə tüpürəcək...”

Sarkisyan Paşinyanı hədələdi: “Sən və ailən barədə elə fakt açıqlayacam ki, cəmiyyət üzünə tüpürəcək...”
Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində misli görünməmiş dərəcədə sərt, gərgin kampaniya gedir.
 
Tərəflər kampaniya başlayan kimi bir-birlərinin ünvanına təhqirlər yağdırmaqdadırlar. Tərəflər dedikdə isə burada əsasən baş nazir Nikol Paşinyanla keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan nəzərdə tutulur. Hərçənd seçkilərə onlarla partiya və blok qatılıb, Sarkisyanın özü isə seçki siyahısında yer almır, o, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın kampaniyasına (Sərkisyan və Vanetsyanın partiyaları bir blokda birləşib) dəstək verir.

 

Reytinqinin sürətlə aşağı düşdüyünü, hakimiyyət strukturlarında çalışanların ondan sürətlə üz döndərdiyini görən Paşinyan əsasən keçmiş prezidentləri sərt təhqir və tənqid yağışına tutur. Ötən gün o, Serj Sarkisyanın Monte Karlo kazinosunda milyonlarla dollar uduzması haqda məsələni növbəti dəfə yada salıb. Cavab olaraq Serj Sərkisyan ona sübut təqdim etmək üçün 24 saat vaxt verib.

Sarkisyan deyib ki, "kazino” və "qumarbaz” yarlıqları hələ onun prezidentlik dövründə dövrədədir. "Mən o vaxt cavab vermirdim, çünki prezident idim. Təhlükəsizlik xidməti mənə tabe idi və opponentlərim deyərdi ki, biz faktları gizlədirik və s. Lakin Paşinyan çox uzağa getdi. İndi mən sizin qarşınızda bəyan edirəm: 24 saat vaxt verirəm. O, ya faktları təqdim etməlidir, ya da mən onun və ailəsinin haqqında elə faktlar açıqlayacam ki, cəmiyyət üzünə tüpürəcək. Faktları təqdim etməsə ona divan tutacam”,-Sərkisyan seçicilər qarşısında çıxışı zamanı deyib.

 

Paşinyan ötən gün Sarkisyana həm də "sutenyor” və "insan alverçisi” demişdi. Bu, Sərkisyanın Paşinyana oğlu Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyişdirmək təklifinə cavab olaraq deyilmişdi. Paşinyan bildirmişdi ki, oğlunu Azərbaycanda saxlanılan erməni əsgərlərinə dəyişməyə hazırdır, amma bu işlə bağlı danışıq aparmaq səlahiyyətini Sarkisyanla Köçəryana verir. Çünki onlar adam alveri işində püxtələşiblər, üstəlik Sarkisyan uzun illərin "sutenyorudur”.

"Sutenyor” söhbətinə Sarkisyanın cavabı hələ məlum olmasa da müttəfiqi Vanetsyan özünün Facebook səhifəsində Paşinyanı təhqir edib. "Qulaq as, dezertir, sən kimsən axı müharibəni udmuş Qarabağ qəhrəmanının, prezidentin adını təhrif olunmuş formada çəkirsən? Mən səninlə işləmişəm, indi isə Serj Sarkisyanla işləyirəm. Və məndə belə təəsürat yaranıb ki, sanki mal tövləsindən akademiyaya düşmüşəm. Sən miskin kapitulyant. Öz günahlarında o qədər boğulursan, o qədər piy əritmisən və tər tökmüsən ki, hər yerdə iy verirsən. Get, sadəcə olaraq qaç. Bu, mənim sənə sonuncu dost məsləhətimdir”, - Vanetsyan bildirib.

Bəzi təhlilçilərə görə, Ermənistanda bu cür gərgin siyasi mühit seçkilərin nəticələrinin necə olmasından asılı olaraq vətəndaş müharibəsinə də gətirib çıxara bilər. // Virtualaz.org

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu gün rekord sayda peyvənd vuruldu

Bu gün Azərbaycanda koronavirus əleyhinə 81 690 vaksin vurulub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yay...

Yoluxanların sayı 700-ü ötdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər ver...

"Yeni Klinika”nın daha üç əməkdaşı HƏBS OLUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika” publik hüquqi şəxsin direktoru Pərviz Abbasov, onun işçiləri - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüsey...

İnsanın həyatını xilas edən yumruq zərbəsi - Prekardial zərbə nədir?

Sinə nahiyəsinə vurulan yumruq zərbəsi bəzən insanı ölümdən xilas edə bilər. Tibdə buna "prekardial zərbə" deyilir. Sfera.az xəbər verir ki, prekardial zərbə ü...

Dəniz suyu kimlər üçün təhlükə mənbəyi ola bilər? - Həkim RƏYİ

Yay mövsümü gəldisə, hər kəs üz tutur çimərliklərə. Çimərliklərin suyu isə bir o qədər də təmiz deyil. Amma bütün bunlara rəğmən dəniz suyunun da öz faydaları v...

COVID-19 pasportunu yoxlayan tətbiq hazırlandı - Bu tarixdən istifadəyə veriləcək

Elektron Hökumətin İnkişafı Mərkəzi COVID-19 pasportlarının yoxlanılması üçün xüsusi mobil tətbiq hazırlayıb. Sfera.az xəbər verir ki, mərkəzin direktoru ...