No Image
No Image

Tanınmış xanım vəkil məhkəmə zalında həbs edildi

Tanınmış xanım vəkil məhkəmə zalında həbs edildi
Tanınmış vəkil külli miqdarda mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılıb.

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, uzun müddət 1 saylı hüquq məsləhətxanasına rəhbərlik etmiş Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirikən məhkəmənin hazırlıq iclasında Sümbülə Əliyevanın anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunan Sümbülə Əliyeva vəkillərin ödənişlərindən vergi kimi tutulan vəsaitlərin mənimsənməsində təqsirləndirilir.

İttihama görə, Sümbülə Əliyeva Dövlət Sosial Müdafiə Fonduna və Vergilər Nazirliyinə ödənilmək üçün üçün vəkillərdən tutulan vergi və sosial sığorta haqlarını mənimsəyib.

İş üzrə zərərçəkmiş kimi Vəkillər Kollegiyası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti tanınıb.
 
(Musavat.com)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyə Prezidenti və xanımının şərəfinə nahar verildi - FOTO

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ə...

Bu məscidlərin fəaliyyətinə icazə verilmir - RƏSMİ

Azərbaycanda yalnız təbii və ya mexaniki havalandırma sisteminə malik olan ibadət yerlərinin fəaliyyətinə icazə verilir. Sfera.az xəbər verir ki, bu, Səhi...

Koronavirusa yoluxma sayı 30-dan aşağı düşdü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti ...

Operativ Qərargahdan yeni qərar - İyunun 21-dən...

İyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə veriləcək. Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan Milli Məclisə gəldi

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçiriləcək. Sfera.az xəbər verir ki, toplantıda iştirak etmək üçün Azərbaycan...

Bakıda çimərliyi insanların üzünə bağladılar - FOTO

Bakı çimərliyi açılar-açılmaz vətəndaşlar üçün müəyyən problemlər yaranıb. Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yazılanlara görə, Bilgəh qəsəbəsind...