No Image
No Image

Xalqımızdan üzr istəyirik - Umut Meraş

Xalqımızdan üzr istəyirik - Umut Meraş
"Bu gün istədiyimiz kimi olmadı. Bütün xalqımızdan üzr istəyirik".

Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyə yığmasının futbolçusu Umut Meraş Avropa çempionatının A qrupunun II turunda Bakıda Uelsə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

26 yaşlı yarımmüdafiəçi qələbə qazanmağı çox istədiklərini söyləyib: "Təəssüf ki, alınmadı. Danışılacaq bir şey də yoxdur. Son matça da qazanmaq üçün çıxacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Komandanın digər üzvü Mert Müldür üzgün olduqlarını vurğulayıb: "Bu görüşdə qalib gəlməli olduğumuzu bilirdik. Kədərli bir hadisədir. Amma artıq edəcəyimiz nəsə yoxdur. 3-cü yeri tutaraq qrupdan çıxa bilərikmi? Bilmirəm. Üçüncü qarşılaşmada əlimizdən gələni göstərməliyik".

Qeyd edək ki, Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq. İyulun 3-də BOS-da 1/4 final mərhələsinin bir oyunu da baş tutacaq.
 
(Report)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koreyalı idmançını təhqir edən yunan şərhçi işdən çıxarıldı

"Tokio-2020-də çıxış edən cənubi koreyalıları təhqir edən Yunanıstanın ERT dövlət televiziya kanalının idman şərhçisi Dimostenis Karmoiris işdən qovulub. ...

Tokio-2020: Yaponiya zirvədə, Çin 3-cü sıraya qalxdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 29 növ üzrə mübarizə gedib. Sfera.az-ın məlumatına görə, daha 23 dəst medal 3X3 basketbol, idman gimnastikası, ...

Azərbaycan badmintonçusu Tokio olimpiadası ilə vidalaşıb

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. Sfera.az-ın məlumatına görə, L qrupunda yer alan ...

Boksçumuz Olimpiya oyunlarında ¼ finala yüksəldi

Azərbaycanın boksçusu Alfonso Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Sfera.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan id...

Məğlub olan idmançımızdan ədəbsiz jest - FOTO

Tokio-2020 Yay Olimpiya Oyunlarından məğlub olan Orxan Səfərov sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib. Sfera.az xəbər verir ki, cüdoçu Faceb...

Dördqat olimpiya çempionu fərdi çoxnövçülükdə çıxış etmək istəməyib

ABŞ-ın idman gimnastı Simon Baylz Tokio-2020 Yay Olimpiya Oyunlarında fərdi çoxnövçülük yarışında iştirak etməyəcək. Sfera.az ABŞ Gimnastika Federasiyasın...